Trampa hücüm etmək istəyən britaniyalını 30 ilədək həbs gözləyir
Polisin tapançasını əlindən alıb ABŞ prezidenti vəzifəsinə namizəd olan milyarder Donald Trampa hücum etməyə cəhd edən britaniyalını 30 ilədək həbs gözləyir.
1news.az-ın Assosiated Press-ə istinadən verdiyi məlumata əsasən,hadisə 2 həftə əvvəl Las-Veqasda baş verib.
19-yaşlı Maykl Stenford polisin silahını əlindən alaraq Trampa atəş açmağa cəhd edib.
O bunu 1 il ərzində planlaşdırdığını etiraf edib.
“Mən atəş aça bilmirdim, lakin mitinqdən bir neçə gün öncə bu istiqamətdə dərs aldım. Trampı öldürməyə cəhd edərkən sağ qalmayacağımı güman ediridim”, - deyə, Stenford əlavə edib.
1news.az
500