Hindistanda “Barak 8” raketinin sınağı keçirilib | 1news.az | Xəbərlər
Dünya

Hindistanda “Barak 8” raketinin sınağı keçirilib

09:32 - 30 / 06 / 2016
Hindistanda “Barak 8” raketinin sınağı keçirilib

Bu gün Hindistanın Müdafiə Nazirliyi “torpaq-hava” klassına aid olan “Barak 8” raketini sınaqdan keçirib.

1news.az-ın Hindistan KİV-lərinə istinadən verdiyi məlumata əsasən, raket Hindistan və İsrailin birgə layihəsidir.

Sınaq atəşi bu gün səhər Orissa ştanının Çandipur poliqonunda həyata keçirilib.

300 kiloqram ağırlığında olan raketin 70 kilometr məsafədə istənilən hədəfi vura bildiyi qeyd edilir.

1news.az

Paylaş:
735

Son xəbərlər

Bütün xəbərlər