Alimlər kəhrəbanın içində qədim quşların qanadlarını tapıblar - FOTO
Alimlər ilk dəfə kəhrəbanın içindən qədim enansiornis quşlarının qanadlarını tapıblar.
1news.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, bu kəşf sübut edib ki, təbaşir dövrünün ortalarında yaşamış quşların qanadlarının quruluşu indikilərdən, demək olar ki fərqlənmirdi.
Çinli paleontoloqun Myanmada tapdığı 2 kəhrəbanın içində quşun sümükləri, lələkləri və qanad dərisi var idi.
Daşlarda hətta quşun caynaqlarının izləri qalıb. Bu da, vaxtı ilə ağacın yapışqan şirəsinə düşdüyünü və oradan çıxmağa cəhd etdiyini sübut edir.
Tapılan sümüklər, kolibridən balacadır və inkişaf etməyib. Nəticə etibarı ilə, sümüklər yumurtadan yeni çıxmış enansiornis quşunun balalarına aiddir.
Təzə yumurtadan çıxmış quşun lələklərinin olması isə enansiornislərin ətcəbala dövrü keçmədiklərini və artıq yumurtadan çıxdıqda həyata hazır olduğunu sübut edir.
1news.az