Çavuşoğlu: Azərbaycan və Qazaxstan Türkiyə-Rusiya münasibətlərinin normallaşmasında müsbət rol oynadılar – FOTO | 1news.az | Xəbərlər
Dünya

Çavuşoğlu: Azərbaycan və Qazaxstan Türkiyə-Rusiya münasibətlərinin normallaşmasında müsbət rol oynadılar – FOTO

17:02 - 01 / 07 / 2016
Çavuşoğlu: Azərbaycan və Qazaxstan Türkiyə-Rusiya münasibətlərinin normallaşmasında müsbət rol oynadılar – FOTO

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbacan və Qazaxstanın Rusiya-Türkiyə münasibətlərinin normallaşmasında müsbət rol oynadığını vurğulayıb.

1news.az-ın Anadolu-ya istinadən verdiyi məlumata əsasən, Çavuşoğlu Azərbaycan və Qazaxstan prezidentlərinin çox konstrujtiv rol oynadıqlarını qeyd edib.

“Onlar həmişə , bizim birbaşa və dolayı dialoqlarımızdan əlavə məlumat verirdilər”, - deyə, Türkiyə XİN-nin rəhbəri əlavə edib.

Rusiyalı həmkarı ilə görüşdən öncə Çavuşoğlu qısa açıqlama verərək, toplantıda iştirak etməyə dəvət və qonaqpərvərliyə görə S.Lavrova təşəkkür edib.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 25-illiyini qeyd etdyini xatırladaraq, türkiyəli diplomat Türkiyə ilə Rusiyanın bu qurumda rolunun əhəmiyyətini qeyd edib.

“Görüş müsbət məcrada keçdi. Münasibətlərin normallaşması və onların arzu olunan səviyyəyə çatdırılması üçün Türkiyə hakimiyyəti görüşdə müzakirə olunan məsələləri izləmək tapşırığı verib”, - deyə, Çavuşoğlu əlavə edib.

Öz növbəsində, S.Lavrov türkiyəli həmkarına toplantıda iştirak etdiyi üçün təşəkkür edib.

Lavrov qeyd edib ki, münasibətlərin normallaşması yönündə praktiki addımlar atılacaq.

1news.az

Paylaş:
678

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər