Kəmər şəhərinin hakimiyyəti ölən rus pilotun ailəsinə ev hədiyyə etmək istəyir | 1news.az | Xəbərlər
Dünya

Kəmər şəhərinin hakimiyyəti ölən rus pilotun ailəsinə ev hədiyyə etmək istəyir

17:20 - 01 / 07 / 2016
Kəmər şəhərinin hakimiyyəti ölən rus pilotun ailəsinə ev hədiyyə etmək istəyir

Rusiyanın Antalyadakı baş konsulu Aleksandr Tolstopyatenko Türkiyənin kurort şəhəri olan Kəmərin bələdiyyəsinin ölən rusiyalı pilot Oleq Peşkovun ailəsinə ev hədiyyə etməyi təklif etdiyini bildirib.

1news.az-ın “Kommersant”-a istinadən verdiyi məlumata əsasən, Tolstopyatenko Kəmərin valise Mustafa Gül ilə görüşdüyünü və onun bu təklifi irəli sürdüyünü qeyd edib.

Bununla birgə, hal-hazırda bu məsələ ilə bağlı hansısa yekun qərar qəbul edilmədiyi bildirilir.

1news.az

Paylaş:
716

Son xəbərlər

Bütün xəbərlər