İtaliyanın Andrew’s Ties ticarət markası Azərbaycanda müsabiqə elan edir
İtaliyanın Andrew’s Ties ticarət markasının Azərbaycan üzrə təmsilçiliyi ideya müəllifi və yaradıcısı olduğu məşhur “Qarabağ” və “Xarı bülbül” qalstuklarından sonra Azərbaycanın dövlətçiliyini, mədəniyyətini və tarixini özündə əks etdirməklə ölkəni simvolizə edəcək “Azərbaycan” qalstukunun hazırlanmasını planlaşdırır.
Bunun üçün “Azərbaycan” qalstukunun dizaynının hazırlanmasına dair müsabiqə elan edir. Müsabiqənin qalibini Azərbaycanın tanınmış simaları müəyyən edəcək. Eləcə də, qalibə pul mükafatı təqdim ediləcək.
Daha ətraflı məlumatı əldə etmək üçün Andrew’s Ties Baku-nun Facebook səhifəsindən tanış ola bilərsiniz.
591