Çavuşoğlu: “Mətbuat sözlərimi təhrif edib”
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin öz İncirlik aviabazasını Rusiyaya açması barədə təklif irəli sürmədiyini deyib.
1news.az-ın Daily Sabah-a istinadən verdiyi məlumata əsasən, diplomat rəsmi Ankaranın İŞİD-lə mübarizədə Rusiya ilə əməkdaşlığa hazır olduğunu dediyini nildirib.
Türkiyənin XİN rəhbəri onun sözlərinin Rusiyanın İncirlik aviabazasına dəvət olunması ilə bağlı olmadığını əlavə edib.
“Mən İŞİD-ə qarşı mübarizədə hər kəslə əməkdaşlığa hazır olduğumuzu demişəm. Mətbuat sözlərimi təhrif edib”.
Xatırladaq ki, daha əvvəl Türkiyə KİV-lərində Çavuşoğlunun ölkəsinin öz İncirlik aviabazasını Rusiyaya aça biləcəyini dediyi haqda məlumat yayılmışdı.
Mövzu ilə əlaqədar oxuyun:
Türkiyə İncirlik aviabazasını Rusiyaya aça bilər - VIDEO
1news.az