500 000 kitab indi cəmi 0,15 AZN-ə - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

500 000 kitab indi cəmi 0,15 AZN-ə - FOTO

17:30 - 05 / 07 / 2016
500 000 kitab indi cəmi 0,15 AZN-ə - FOTO

Azercell istəyir ki, istirahət aylarında kitab daima yanınızda olsun!

Ölkəmizin mobil rabitə bazarının lideri Azercell Telekom-un ötən ilin noyabr ayında mütaliəsevərlər üçün təqdim etdiyi “Bookmate” layihəsi abunəçilər tərəfindən böyük həvəslə qarşılanmaqdadır.

Kitabsevərlərin böyük marağını nəzərə alan Azercell bu xidmətlə bağlı daha bir yenilik edir. Belə ki, 04.07.2016 tarixindən etibarən “Bookmate” mobil kitabxanasına giriş günlük cəmi 0.15 AZN təşkil edəcək. Bu yenilikdən yararlanmaq üçün abunəçilər *501#  komandasını yığmalıdılar. Daha bir sevindirici xəbər isə ondan ibarətdir ki, “Bookmate” kitabxanasına qoşulan abunəçilər ilk 7 gün bu xidmətdən pulsuz istifadə edə biləcəklər.

Məlumat üçün bildirək ki, “Bookmate” - minlərlə kitabı elektron cihaz üzərindən oxumaq üçün yaradılmış mobil tətbiqdir. Bu xidmət telefonda, planşetdə və kompüterdə maraqlı əsərləri tapıb oxumağın ən rahat yoludur. Azercell-in güzəştli qiymətlə təqdim etdiyi mobil kitabxanada 500 000-dən artıq kitaba çıxış təmin olunub. Endirimli abunə məbləği müqabilində Azercell abunəçiləri klassik, müasir və elmi-bədii, biznes ədəbiyyatından istənilən nümunə ilə tanış ola bilərlər.

Qeyd edək ki, danışıq balansından ödəniş imkanı abunəçilər üçün vaxt itirmədən, heç bir kredit kartından istifadə etmədən elektron kitabxanadan rahat şəkildə yararlanmaq imkanı verir. Digər vacib məqam isə ondan ibarətdir ki, burada oxucular yalnız xarici ədəbiyyat deyil, azərbaycanlı müəlliflərin əsərləri ilə də tanış ola bilərlər. Xidmətin ən mühüm üstünlüklərindən biri – “Bookmate” kitabxanasında kitab oxumaq üçün daimi internetə ehtiyacın olmamasıdır. Çünki yüklənən kitabı istənilən vaxt, istənilən yerdə, məsələn, metroda və təyyarədə oxumaq mümkündür. Həmçinin, əlinizin altında olan cihazın – telefon, planşet və ya kompüter olmasının fərqi yoxdur. Çünki kitab cihaza yox, sizin şəxsi kitabxananıza əlavə edilir.

Qeyd edək ki, “Bookmate” Android, iOS əməliyyat sistemləri üzərindən işləyir.

Xidmət barədə daha ətraflı məlumat üçun https://www.azercell.com/az/personal/services/partner_services/bookmate/  səhifəsindən yararlana bilərsiniz.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz/

Azercell Telekom MMC 1996-cı ildə təsis edilib və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Azərbaycana ilk dəfə olaraq bir sıra innovativ texnologiya və konsepsiyaları Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M, MobilBank, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “ASAN İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2015-ci  ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil edib. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsil şəbəkəsi olan LTE xidmətini təqdim edib. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan Telia Company şirkətlər qrupunun bir hissəsidir.

Paylaş:
882

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər