Parisdə minlərlə insan əmək islahatları ilə bağlı küçələrə çıxdılar
Bu gün minlərlə fransalı əmək islahatlarına qarşı Parisdə demonstrasiyalar keçirirlər.
1news.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, aksiyalarda 45 minə yaxın insanın iştirak edəcəyi gözlənilir.
Polisin məlumatına əsasən, demonstrasiyada
7,5 mindən çox insan qatılıb.
Analoji mitinqlər Fransanın Bordo, Tuluz, Marsel, Renn və Qrenobl kimi iri şəhərlərində keçirilib.
Demonstrasiyalar zamanı heç bir hadisə baş verməyib.
1news.az
567