Geofiziklər Marsın yox olmuş peykindən danışdılar
Fransa, Belçika və Yaponiya geofizikləri Marsın peykləri olan Fobos (yunanca “qorxu”) və Deymosun (yunanca “dəhşət”) necə yarandığını izah ediblər.
1news.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, bu peyklər başqa göy cisminin Marsla toqquşmasından sonra əmələ gəliblər.
Geofiziklər bu istiqamətdə kompyüter modeli hazırlayıblar.
Araşdırmaya əsasən, toqquşmadan sonra Marsın orbitində qırıntılardan ibarət halqalar yaranıb.
Halqaların xarici kənarı, daxili kənarından daha sıx olub.
Bu səbəbdən qırıntı halqalarında daxili kənarda bir iri, xarici kənarda isə 2 xırda peyk formalaşıb.
Hipotetik Tanatos (yunanxa “ölüm”) adı daşımış peyk Marsın cazibəsi səbəbindən planetin səthinə düşərək məhv olmuşdur.
Alimlərin fikrinə görə, gələcəkdə Marsın bir peyki (Deymos) qalacaq, qeyri-stabil orbitə malik olan Fobos isə gedərək planetə yaxınlaşır və Tanatosun aqibətini yaşayacaq.
Keçirilən araşdırmanın əsas xüsusiyyəti ondan ibarətdir ki, alimlər planet-peyk sisteminin 3-cü – alternativ variantını tapıblar.
Bu variantda, iri peyk Roş həddi daxilində yaranıb və nəticədə planetin səthinə düşərək məhv olub.
Daha əvvəl alimlər Fobos və Deymosun Marsın cazibə sahəsinə düşmüş asteroidlər olduğunu güman edirdilər.
Aparılan tədqiqat bu nəzəriyyənin yanlış olduğunu sübut edib.
1news.az