Qazaxıstan paytaxtının 18-illiyini qeyd edir
Bu gün Qazaxıstanda dövlət bayramı – Paytaxt günüdür.
1news.az-ın Qazaxıstan KİV-lərinə istinadən verdiyi məlumata əsasən, bayram təkcə Astanada yox, bütün ölkədə keçirilir.
1998-cü ilədək bayram iyunun 10-u şəhər səviyyəsində keçirilirdi.
1994-cü ilin iyulun 6-sı Qazaxıstanın Ali Şurası ölkənin paytaxtının Alma-Atadan Astana şəhərinə köçürülməsi barədə qərar çıxardı.
Qeyd edək ki, bu gün həm də Qazaxıstan prezidenti Nursultan Nazarbayevin doğum günüdür.
Qardaş ölkənin dövlət başçısının bu gün 76 yaşı tamam olur.
1news.az
851