Braziliya sahillərində antibiotiklərə davamlı bakteriya aşkar olunub | 1news.az | Xəbərlər
Dünya

Braziliya sahillərində antibiotiklərə davamlı bakteriya aşkar olunub

12:33 - 06 / 07 / 2016
Braziliya sahillərində antibiotiklərə davamlı bakteriya aşkar olunub

Braziliyanın Rio-de-Janeyro şəhərinin sahillərində antibiotiklərə davamlı bakteriya aşkar edilib.

1news.az-ın xarici KİV-lərə istindaən verdiyi məlumata əsasən, bu haqda yerli mediklər xəbər veriblər.

“Biz superbakteriyanı 1 il ərzində 5 çimərlikdə axtarırdıq. Müxtəlif konsentrasiyada mövcudluğunu aşkar etdik. Suyun çirklənməsinin səbəbi – xəstəxanaların tullantılarıdır. Digər tullantılarla birgə okeana “superbakteriya” da düşüb. Onun insan orqanizminə necə təsir etdiyi hələ məlum deyil”, - deyə, mediklər qeyd ediblər.

Xatırladaq ki, cari ilin avqustun 5-dən 21-dək Rio-de-Janeyorda yay Olimpiya oyunları keçiriləcək.

1news.az

Paylaş:
572

Son xəbərlər

Bütün xəbərlər