Dünya bazarında neft bahalaşır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dünya bazarında neft bahalaşır

11:27 - 07 / 07 / 2016
Dünya bazarında neft bahalaşır

Dünya bazarında neft bahalaşmağa başlayıb.

1news.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,27 dollar artaraq 47,70 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,26 dollar artaraq 49,06 dollar olub.

Qeyd edək ki, ekspertlər neftin bahalaşmasına səbəb kimi ABŞ-da neft ehtiyatlarının 6,7 mln. barelədək azalmasını göstərirlər.

1news.az

 

Paylaş:
687

Son xəbərlər

Bütün xəbərlər