“Juno” zondu Yupiterin ilk şəklini ötürüb
“Juno” (Yunona) zondu Yupiterin ilk şəklini Yerə ötürüb.
1news.az-ın NASA-ya istinadən verdiyi məlumata əsasən, şəkil yüksəkkeyfiyyətli kamera vasitəsi ilə çəkilib.
NASA-nın məlumatına əsasən, zond Yupiterə səyahətini, əsasən də planetin radioaktiv şüalanma zonasını uğurla keçib.
Şəkil iyulun 10-u zondun planetdən 4,3 milyon kilometr aralıqda olması zamanı çəkilib.
Şəkillərin bir-neçə həftədən sonra Yerə çatması gözlənilir.
1news.az
501