SOCAR keçən ay dövlət büdcəsinə 99 milyon manata yaxın vəsait ödəyib
SOCAR (dövlət neft şirkəti) tərəfindən cari ilin iyun ayında dövlət büdcəsinə 98 milyon 961 min manat vəsait ödənilib.
1news.az-ın adıçəkilən qurumun saytına istinadən verdiyi xəbərə görə, ümumiyyətlə, cari ilin yanvar-iyun aylarında büdcəyə 661 milyon 742 min manat vəsait ödənilib.
Bundan əlavə, bu ilin iyun ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 173 min manat vəsait köçürüb.
Qeyd edək ki, bu göstərici ötən ilin iyun ayı ilə müqayisədə 231 min manat və ya 101,9 faiz çox olub. Ümumiyyətlə, 2016-cı ilin yanvar-iyun aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 69 milyon 532 min manat təşkil edib.
1news.az
773