Azercellin Onlayn Müştәri Xidmәtlәri indi daha rahat - FOTO
Azәrbaycanın lider mobil operatoru Azercell Telekom tәklif etdiyi xidmәtlәrin müştәrilәr tәrәfindәn daha rahat istifadәsi üçün hәr zaman son texnoloji imkanlardan yararlanaraq yeniliklәr tәtbiq edir.
Ölkәmizdә ilk dәfә olaraq 2011ci ildә Azercell tәrәfindәn istifadәyә verilәn Onlayn Müştәri Xidmәtlәri portalında da istifadәçilәr üçün bir sıra yeniliklәr edilib. Daha müasir vә xoş dizaynda abunәçilәrә tәqdim edilәn Onlayn Müştәri Xidmәtlәri portalında indi qeydiyyat forması daha da sadәlәşdirilib. Azercell müştәri xidmәtinә hansısa sualı olan vә ya öz nömrәsindә әmәliyyat aparmaq istәyәn abunәçilәr şirkәtin rәsmi www.azercell.com saytında qeydiyyatdan keçdikdәn sonra şifrә birbaşa abunәçinin mobil telefonuna göndәrilir. Saytda qeydiyyatdan keçәn abunәçilәr dәrhal müştәri xidmәtlәri әmәkdaşı ilә real zaman rejimindә söhbәt (çat) aparıb onlara istәdiklәri sualı verә vә ya nömrәdә müvafiq әmәliyyatı aparmaq imkanını әldә edә bilәr. Bundan әlavә, müştәri xidmәtlәri әmәkdaşı ilә yazışma zamanı abunәçi, ehtiyac olan zaman hәr hansı mәktub, sәnәd, vә ya fakturanı da әlavә edәrәk göndәrә bilәr. Әn önәmli yenilik isә ondan ibarәtdir ki, indi abunәçilәr mobil telefonlarından daha rahat şәkildә onlayn müştәri xidmәtlәri portalından istifadә edә bilәr. Abunәçilәr Azercellin tәqdim etdiyi Onlayn Xidmәtlәrdәn aşağıdakı link vasitәsilә yararlana bilәr: https://www.azercell.com/selfservice/client/
Onu da qeyd edәk ki, bu xidmәt xüsusilә telefona çıxışı olmayan vә ya xaricdә sәfәrdә olan müştәrilәr üçün dә faydalıdır. Onlar rominqdә ikәn beynәlxalq zәnglәrә pul xәrclәmәdәn Azercell ilә әlaqә yaradır, xidmәtlәr vә tariflәr barәdә sualları birbaşa müştәri xidmәtlәri tәmsilçisinә yönәldirlәr. Onlayn müştәri xidmәtlәri bütün kateqoriyaya aid abunәçilәr Fakturalı Xәtt, Fakturasız Xәtt (SimSim) vә Korporativ abunәçilәr üçün tәtbiq edilir.
Mәlumat üçün bildirәk ki, Azercell Müştәri Xidmәtlәri sahәsindә innovativ yeniliklәri ilә hәr zaman seçilib.
Şirkәt 1998ci ildә ölkәdә ilk dәfә olaraq 24/7 rejimindә fәaliyyәt göstәrәn Telefon Mәrkәzi, 2009cu ildә isә Gәncәdә ilk Regional Telefon Mәrkәzini yaradıb. Azercell Telekom MMC EN15838 Müştәrilәrlә Әlaqә Mәrkәzi (Customer Contact Center) nişanını alan regionun ilk özәl şirkәtidir. Öz müştәrilәrinә yalnız üzüzә deyil, hәm dә virtual, onlayn şәkildә xidmәt göstәrәn Azercell sosial şәbәkәlәrdә dә bu xidmәtin keyfiyyәtini yüksәldir. Müştәri mәmnuniyyәti sahәsindә göstәrdiyi uğurlu xidmәtlәrinә görә, Azercell müxtәlif mükafatlara layiq görülüb.
Daha әtraflı mәlumat üçün [email protected] ünvanına müraciәt edә bilәrsiniz
Azercell Telekom MMC 1996cı ildә tәsis edilmişdir vә fәaliyyәtinin ilk illәrindәn etibarәn bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya vә konsepsiyaları ilk dәfә olaraq, Azәrbaycana Azercell gәtirib: GSM texnologiyası, öncәdәn ödәmә mobil xidmәtlәri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mәrkәzi, tam xidmәt göstәrәn Azercell Ekspres ofislәri, mobil elektron xidmәti “Asan İmza” vә s. Azәrbaycanın mobil rabitә bazarındakı payı 48% olan Azercellin şәbәkәsi ölkә әhalisinin 99,8%ni әhatә edir. 2015ci ilin sonuna Azercell abunәçilәrinin sayı 4,5 milyon nәfәr tәşkil etmişdir. 2011ci ildә Azercell 3G, 2012ci ildә isә 4cü nәsl şәbәkәsi olan LTE xidmәtini tәqdim etmişdir. Azercell Azәrbaycanın mobil rabitә sәnayesinin lideri vә qeyrineft sektorunun әn böyük sәrmayәdarıdır. Azercell dünyanın 17 ölkәsindә fәaliyyәt göstәrәn, ümumilikdә 186 milyon abunәçiyә xidmәt edәn vә 27 min әmәkdaşı olan Telia Company şirkәtlәr qrupunun bir hissәsidir.