Türkiyədə təhsil sistemində çalışan 15 min 200 nəfər işdən çıxarılıb
Türkiyədə iyulun 15-də baş verən dövlət çevrilişinə cəhdin təşkilində ittiham olunan FETÖ terror təşkilatı ilə əlaqəsi olan şəxslərin cinayət məsuliyyətinə cəlb olunması, dövlət qurumlarının həmin şəbəkənin üzvlərindən təmizlənməsi istiqamətində görülən işlər qətiyyətlə davam etdirilir.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, qiyamdan sonra işdən azad edilmələr və həbslər ölkənin təhsil sistemində də aparılır.
Hazırda Türkiyənin Milli Təhsil Nazirliyində genişmiqyaslı təhqiqat aparılır. Təhqiqat çərçivəsində 15 min 200 nəfər vəzifəsindən azad edilib. Bu barədə nazirliyin açıqlamasında qeyd olunub:
“Bu gündən etibarən nazirliyimizin mərkəzi və əyalət təşkilatlarında çalışan 15 min 200 nəfər işdən azad edilib. Həmin şəxslər barəsində istintaq aparılır”.
Ümumilikdə isə, çevrlişə cəhddən bu yana vəzifəsindən və işindən kənarlaşdırılan şəxslərin sayı 49 min 321 nəfərdir.
1news.az