Braziliyada Olimpiada vaxtı terror aktı hazırlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
İyulun 21-də Braziliya polisi və Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunları zamanı terror aktı hazırlamaqda şübhəli bilinən 10 nəfəri saxlayıb.
1news.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Braziliyanın ədliyyə naziri Alexandre Moraes məlumat verib. Onun sözlərinə görə, saxlanılan şəxslərin İŞİD-i dəstəkləyən qrupun üzvü olmaları ehtimal edilir.
Məlumata görə, qruplaşma üzvlərinin saxlanılması üzrə əməliyyat ölkənin 10 bölgəsində keçirilib. Hadisə ilə əlaqədar prezident səlahiyyətlərini icra edən Mişel Temer təcili iclas çağırıb.
Braziliya prezidentinin vəzifələrini icra edən Mişel Temer kabinetin təcili iclasını çağırıb.
Saxlanılan şəxslər partizan taktikası ilə silah-sursatdan istifadə etməyi planlaşdırıblar.
Qeyd edək ki, Rio-de-Janeyro Olimpiya Oyunlarına avqustun 5-də start veriləcək.
1news.az