“Günəşli” yatağındakı quyu əsaslı təmirdən sonra istismara verilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Günəşli” yatağındakı quyu əsaslı təmirdən sonra istismara verilib

16:55 - 22 / 07 / 2016
“Günəşli” yatağındakı quyu əsaslı təmirdən sonra istismara verilib

“Günəşli” yatağında istehsal gücünün artırılması məqsədi ilə “Azneft” İstehsalat Birliyi tərəfindən quyularda intensiv əsaslı təmir işləri aparılır.

1news.az-ın məlumatına görə, yataqdakı 13 saylı dərin dəniz özülündə 352 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Quyu məhsuldar qat çöküntülərinin Fasilə lay dəstəsindən qazlift üsulu ilə mənimsənilib və 2825-2810 metr intervalından gündəlik 50 ton neft hasilatı ilə istismara daxil edilib. 

Onu da bildirək ki, quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçirilir.

1news.az

Paylaş:
608

Son xəbərlər

Bütün xəbərlər