“Qəbələ” III mərhələdə, “Neftçi” də mübarizəni dayandırdı – VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Qəbələ” III mərhələdə, “Neftçi” də mübarizəni dayandırdı – VİDEO

12:06 - 22 / 07 / 2016
“Qəbələ” III  mərhələdə, “Neftçi” də mübarizəni dayandırdı – VİDEO

UEFA Avropa Liqasındakı təmsilçilərimizdən “Qəbələ” və “Neftçi” II təsnifat mərhələsində cavab oyunu keçiriblər.

1news.az-ın məlumatına görə, “Bakcell Arena”da Macarıstanın MTK  komandası ilə qarşılaşan “Qəbələ” Sergey Zenyov və Teo Viksin qolları sayəsində 2:0 hesablı qələbə qazanıb.

İlk oyunda 2:1 hesabı ilə qalib gələn təmsilçimiz üçüncü təsnifat mərhələsinə yüksəlib. “Qəbələ” iyulun 27-də və avqustun 4-də keçiriləcək oyunlarda Fransanın “Lill” komandası ilə qarşılaşacaq.

Bir həftə əvvəl “Bakcel Arena”da keçirilmiş ilk oyunda Makedoniyanın “Şkendiya” komandası ilə qolsuz heç-heçə edən “Neftçi” isə azarkeşlərini məyus edib.

Belə ki, Skopye şəhərindəki II Filip Arenasında təşkil olunmuş cavab qarşılaşmasında minimal hesabla məğlub olan təmsilçimiz “Kəpəz” kimi mübarizəni erkən dayandırıb. 

Avropa Liqasının II təsnifat mərhələsi, cavab oyunu

21 iyul

“Qəbələ” (Azərbaycan) – MTK (Macarıstan) - 2:0

Qollar: Sergey Zenyov, 7, Teo Uiks, 37

Baş hakim: Mete Kalkavan

Baş hakimin köməkçiləri: Ceyhun Səsigözəl, Esat Sancaktar

Dördüncü hakim: Sərkan Çinar (hamısı Türkiyə)

Bakı. 8-ci km qəsəbə stadionu

İlk oyun - 2:1

“Şkendiya” (Makedoniya) – “Neftçi” (Azərbaycan) -  1:0 
Qol: Besart İbraimi, 31
Qırmızı vərəqə: Vançe Şikov, 71

Baş hakim: Erik Lambrekt

Baş hakimin köməkçiləri: Karel De Roker, Co de Veyrdt

Dördüncü hakim: Frederik Qeldhof (hamısı Belçika)

Skopye. “II Filip” stadionu

İlk oyun - 0:0

1news.az

Paylaş:
864

Sizin üçün xəbərlər

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər