Dünyanın ən böyük internet portalı 5 milyard dollara satılır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dünyanın ən böyük internet portalı 5 milyard dollara satılır

13:40 - 25 / 07 / 2016
Dünyanın ən böyük internet portalı 5 milyard dollara satılır

Texnologiya dünyasında nəhəng saziş imzalanmaq üzrədir.

1news.az Reuters-a istinadən xəbər verir ki, ABŞ-ın telekommunikasiya şirkəti Verizon dünyanın ən böyük internet portalı olan Yahoo-nu alır.

Məlumata görə, razılıq barədə açıqlama bu gün elan ediləcək. Müqavilənin 5 milard dollar dəyərində olduğu bildirilir.

Bu razılaşmadan sonra, Yahoo-nun gələcək taleyi ilə bağlı qeyri-müəyyənlik də sona çatacaq.

Qeyd edək ki, Yahoo, 1995-ci ildə Stenford universitetin tələbələri olan Ceri Yanq (Jerry Yang) və Deyvid Filo (David Filo) tərəfindən ABŞ-da yaradılmış internet portalıdır. Əvvəllər axtarış sistemi xidmətini verən portalın xidmət əhatəsi genişləndi. Hazırda portalda elektron poçt, xəbərlər, idman, birja, hava, oyunlar, işlər, alış-veriş, səyahət və s. kimi müxtəlif növ xidmətlər var.

1news.az

Paylaş:
755

Son xəbərlər

Bütün xəbərlər