Türkiyə Prezidenti: Ölüm hökmünü ləğv etdik, nə dəyişdi?
“53 ildir ki, Avropa İttfaqının (Aİ) qapılarında dayanaraq ölüm hökmünü ləğv etdik. Və bu ləğvlə bağlı nə dəyişdi? – bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın ARD telekanalına müsahibəsində bildirib.
Bu haqda 1news.az Anadolu-ya istinadla xəbər verir.
“Bu gün hüquqi demokratik dövlətdən danışırıq. Demokratiyada son söz kimə aiddir? Xalqa, elə deyilmi? Və indi xalq nə tələb edir? Xalq ölüm hökmünü tələb edir”.
Ərdoğan qeyd edib ki, Türkiyə barəsində Aİ-nin mövqeyi ədalətə uyğun deyil:
“Əgər çevriliş cəhdi alınsaydı minlərlə insan həlak olardı. Bunun fonunda necə biganə qalmaq olar? Cəmiyyətin mövqeyi birmənalıdır və onunla hesablaşmamaq mümkün deyil. Şəxsən mən Avropa İttifaqının mövqeyini ədalətsiz hesab edirəm”.
Siyasi karyerasında 15 iyul hadisələrini ən kritik dövr adlandıan Ərdoğan qeyd edib ki, həmin gün Ankaradakı prezident iqamətgahı da silahlı basqına məruz qalıb:
“İqamətgah partladılarkən 5 nəfər həlak olub. Ondan 200 metr aralıda da mərmi partlayıb, lakin xoşbəxtlikdən itkisiz ötüşüb. Parlament də hücumlara məruz qalıb”.
Türkiyənin dövlət başçısı qeyd edib ki, fövqəladə vəziyyətin 3 ay davam etməsi hadisələrin gələcək inkişafından asılıdır:
“Əgər vəziyyət normallaşarsa, fövqəladə vəziyyətin uzadılmasının səbəbi yoxdur. Baxın, Fransada heç bir çevriliş cəhdi olmayıb. Yalnız terror aktı olub. Orada baş verənlərin miqyası Türkiyədəki ilə eyni deyil. Lakin Fransadakı fövqəladə vəziyyət 9 aydır ki davam edir”.
1news.az