İstanbulun eks valisi də tutuldu
Türkiyədə 15 iyul çevriliş cəhdi hadisələrindən sonra FETÖ/PYD istintaqı davam edir.
1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, saxlanılanlar sırasına 19 iyulda vəzifədən uzaqlaşdırılan İstanbulun eks valisi Hüseyin Avni Mutlu da qoşulub.
İstanbul polisinin bu sabah həyata keçirdiyi əməliyyatla saxlanılan Mutlunun evində axtarışlar aparılır.
Qeyd edək ki, çevriliş cəhdində şüphəli bilinən 14 minə yaxın şəxs tutulub. Hazırda FETÖ/PYD istintaqı çərçivəsində əməliyyatlar davam edir.
1news.az
808