Yerevanda etirazçılar və polis arasında toqquşma
Yerevanda polis nümayişçiləri həbs etməyə başlayıb.
1news.az xəbər verir ki, polislər səsli qumbaralardan istifadə ediblər.
Etiraz aksiyasının iştirakçıları polis binasını ələ keçirən silahlı qrupu dəstəkləyirlər.
Qeyd edək ki, iyulun 17-dən bir qrup silahlı şəxs Yerevan polisinin post patrul xidməti alayının binasını ələ keçirib. Hadisə zamanı alay komandirinin müavini polis polkovniki Artur Vanoyan öldürülüb.
1news.az
865