Azərbaycanda oynamış futbolçu Ermənistan klubuna keçdi
Mövsüm başa çatdıqdan sonra Bakının “İnter” klubundan ayrılan Yuri Fomenkonun yeni klubunun adına aydınlıq gəlib.
1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ukraynalı hücumçu karyerasını Ermənistan çempionatında davam etdirəcək. 29 yaşlı forvard bu ölkənin "Alaşkert" klubu ilə razılığa gəlib. Tərəflər arasında 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Fomenko ölkəmizdə "İnter"dən başqa "Kəpəz" və AZAL klublarında daçıxış edib.
1news.az
759