Avropa Olimpiya Komitələrinin rəhbəri həbs edilib | 1news.az | Xəbərlər
İdman

Avropa Olimpiya Komitələrinin rəhbəri həbs edilib

16:47 - 17 / 08 / 2016
Avropa Olimpiya Komitələrinin rəhbəri həbs edilib

Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki Rio-de-Janeyroda həbs edilib,

1news.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Braziliya mediası məlumat yayıb.

Məlumata görə, həbs  “Olimpiya biletlərinin qeyri-qanuni satışı” ilə bağlıdır. 71 yaşlı AOK rəhbəri, biletləri baha qiymətə satan üçüncü tərəfə ötürməkdə şübhəli bilinir.

Bundan bir neçə gün öncə Rioda bir kişi 800 qeyri-qanuni biletlə yaxalanıb. Polisin bildirdiyinə görə, onlar cənab Hikkini həbs etməyə gələndə o, qaçmağa cəhd edib.

Cənab Hickey həmçinin İrlandiya Olimpiya Komitəsinin prezidentidir. Bakıda keçirilən ilk Avropa Oyunları onun ideyası hesab olunur.

1news.az

Paylaş:
608

Son xəbərlər

Bütün xəbərlər