Ümumdünya Gömrük Təşkilatının 11-ci illik PICARD Konfransı keçirilir | 1news.az | Xəbərlər
Siyasət

Ümumdünya Gömrük Təşkilatının 11-ci illik PICARD Konfransı keçirilir

18:41 - 27 / 09 / 2016
Ümumdünya Gömrük Təşkilatının 11-ci illik PICARD Konfransı keçirilir

Sentyabrın 27-də Filippin Respublikasının Manila şəhərində Ümumdünya Gömrük Təşkilatının Gömrük sahəsində Akademik Araşdırma və İnkişaf üzrə Tərəfdaşlıq Proqramının (PICARD) növbəti 11-ci illik Konfransı öz işinə başlayıb.

1news.az-ın məlumatına görə, konfransda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.

Konfransın ilk iş günündə Ümumdünya Gömrük Təşkilatının araşdırmalar bölməsinin rəhbəri və PICARD konfransının sədri Robert Aylendin, Filippin Maliyyə Departamenti müşaviri Antonett Tionkonun, Filippin Gömrük Bürosunun komissioneri Kapitan Nicanor Faeldonun və Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanın açılış nitqləri dinlənilib. Sonra gündəlikdə nəzərdə tutulmuş məsələlərə dair təqdimatlar keçirilib. Eyni zamanda, Filippində gömrük idarəetməsi, tranzit və ticarətin sadələşdirilməsi, elektron gömrük və təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi də aparılıb.

Tədbirdə mədəni sərvətlərin qanunsuz ticarəti, Səlahiyyətli İqtisadi Operator İnstitutunun tətbiqindən irəli gələn faydalar və etibarlı ticarət marşrutları, tədqiqat və akademik məsələlər barədə müzakirələrin aparılması, həmçinin Azərbaycan gömrük xidməti tərəfindən “Elektron gömrüyün inkişaf etdirilməsi üçün layihələrin idarə olunmasının əsas prinsipləri” mövzusunda təqdimatın keçirilməsi də nəzərdə tutulub.

İki gün davam edəcək konfrans sentyabrın 29-da öz işini yekunlaşdıracaq.

ÜGT PİCARD Konfransı 2006-cı ildən etibarən hər il dünyanın müxtəlif ölkələrində keçirilir və məqsəd gömrük idarələri və aidiyyəti akademik qurumlar arasında əlaqələri genişləndirməkdir. Xatırladaq ki, Ümumdünya Gömrük Təşkilatının 10-cu illik PICARD  Konfransı ötən il Bakı şəhərində keçirilib.

1news.az

 

Paylaş:
581

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər