Suriyada daha bir bölgə İŞİD-dən azad edildi | 1news.az | Xəbərlər
Dünya

Suriyada daha bir bölgə İŞİD-dən azad edildi

15:58 - 16 / 10 / 2016
Suriyada daha bir bölgə İŞİD-dən azad edildi

Suriyanın Dabık qəsəbəsi İŞİD terrorçularından azad edilib.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Türkiyə ordusunun Suriyada həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı çərçivəsində dəstəklədiyi müxalif Azad Suriya Ordusu Dabık qəsəbəsi ilə bərabər Hələbin Soran qəsəbəsini də İŞİD terrorçularından azad edib.

Qeyd edək ki, Dabık İŞİD-in Suriyada Rakka şəhərindən sonra ikinci əsas mərkəzi sayılan Əl-Bab şəhərinin azad edilməsi əməliyyatına başlanılması üçün böyük önəm daşıyır. Eyni zamanda İŞİD Dabıka böyük önəm verib, hədislərə istinad edərək Dabıkda “qiyamət savaşı”nın yaşanacağına inanıb.

1news.az

Paylaş:
537

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər