Fransanın müdafiə naziri: Mosul uğrunda mübarizə uzun çəkəcək | 1news.az | Xəbərlər
Dünya

Fransanın müdafiə naziri: Mosul uğrunda mübarizə uzun çəkəcək

16:15 - 18 / 10 / 2016
Fransanın müdafiə naziri: Mosul uğrunda mübarizə uzun çəkəcək

Fransanın müdafiə naziri Jan-İv Le Drianın fikrinə görə İraqın ikinci ən böyük şəhəri olan Mosul uğrunda mübarizə uzun çəkəcək.

1news.az-ın BFMTV telekanalına istinadən verdiyi məlumatına əsasən, Le Drian şəhər uğrunda mübarizənin ən azı bir neçə həftə çəkəcəyini bildirib.

“Bu döyüş bizim üçün vacibdir, çünki Mosul düşmənimiz olan İŞİD-in yuvasına çevrilib. BU mübarizədə koalisiya qüvvələri, həmçinin Fransa, İraq ordusuna yardım edir”, - deyə nazir əlavə edib.

1news.az

Paylaş:
681

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər