Suriyanın simvoluna çevrilən uşaq ölümlə üz-üzə
18 avqustda Hələb şəhərinə Rusiya döyüş təyyarələrinin etdiyi hava hücumu zamanı 5 yaşlı Ümran da ağır yaralanmışdı.
1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun görüntüləri qısa zamanda bütün dünyada yayılmış və Suriyanın mübarizə simvoluna çevrilmişdi.
Ümran müalicə edildikdən sonra nisbətən yaxşılaşmışdı. Lakin, uşaq tam sağalmamış yenə yaralanıb. O, bombardman nəticəsində dağıntıların altından ölümcül halda çıxarılıb.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
Fərid Ədalət
625