Rusiyanın Türkiyədəki səfiri sui-qəsd nəticəsində öldü - RƏSMİ - FOTO - VİDEO
Xəbər verdiyimiz kimi Rusiyanın Türkiyədəki səfiri Andrey Qennadiyeviç Karlova Ankara şəhərində silahlı hücum olub.
1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankarada Müasir Sənət Mərkəzindəki bir rəsm sərgisində iştirak edən səfir naməlum şəxs tərəfindən güllələnib.
Hücum edən şəxs mühafizəçi kimi sərgi keçirilən Müasir Sənət Mərkəzinə daxil olub.
İddialara görə, həmin şəxs “Suriyanın intiqamını alacağını” dedikdən sonra səfiri güllələyib.
Hadisə zamanı içəridə 70-ə yaxın şəxs olub. Silahlı şəxs daha sonra sivillərə də atəş açıb. Bir neçə yaralanın olduğu bildirilir.
Hadisədən dərhal sonra polis əməliyyat keçirib və bir neçə dəqiqəlik atışmadan sonra silahlı şəxs öldürülüb.
Atışma müddətində yaralı halda içərdə qalan səfir əməliyyat bitdikdən sonra xəstəxanaya yerləşdiriblər. Lakin, həkimlərin bütün cəhdlərinə baxmayaraq səfirin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Kreml rəsmi açıqlama yayıb və Andrey Karlovun sui-qəsd nəticəsində öldürüldüyü bildirilib.
Rus rəsmilər hadisənin İŞİD üzvü tərəfindən törədildiyini iddia ediblər.
Hazırda hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.
Fərid Ədalət