Çavuşoğlu Rusiya səfirinin cənazəsini Moskva aeroportunda qarşılayıb | 1news.az | Xəbərlər
Dünya

Çavuşoğlu Rusiya səfirinin cənazəsini Moskva aeroportunda qarşılayıb

22:42 - 20 / 12 / 2016
Çavuşoğlu Rusiya səfirinin cənazəsini Moskva aeroportunda qarşılayıb

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun cənazəsini aparan təyyarə Moskvanın Vnukovo hava limanında eniş edib.  

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, təyyarənin göyərtəsində Karlovun həyat yoldaşının da olduğu bildirilir. Onu həkim və Rusiya FHN-nin psixoloqu müşayiət edirlər.

Moskvada səfərdə olan Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun təyyarəni qarşılayanlar arasında olduğu bildirilir.

“Nazir aeroportdadır, o, Ankaradan gələn təyyarəni şəxsən qarşılayır”, - deyə səfirlikdən bildirilib. 

Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrov bundan əvvəl səfirin cənazəsini aeroportda şəxsən qarşılayacağını bildirib. 

1news.az

Paylaş:
777

Son xəbərlər

Bütün xəbərlər