Dövlət Komitəsi ölkəyə saxta spirtli içkilərin gətirilməsi xəbərlərinə münasibət bildirib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dövlət Komitəsi ölkəyə saxta spirtli içkilərin gətirilməsi xəbərlərinə münasibət bildirib

21:09 - 23 / 12 / 2016
Dövlət Komitəsi ölkəyə saxta spirtli içkilərin gətirilməsi xəbərlərinə münasibət bildirib

Son günlər bir sıra kütləvi informasiya vasitələrində Azərbaycana saxta, mənşəyi məlum olmayan spirtli içkilərin idxal olunması ilə bağlı əsassız, həqiqətə uyğun olmayan məlumatlar yer alır.

1news.az xəbər verir ki, bununla bağlı məlumat yayan Dövlət Gömrük Komitəsindən bildiriblər ki, yayılan bu cür informasiyaların heç bir əsası yoxdur. Belə ki, bütün növ spirtli içkilər qanunvericilikdə nəzərdə tutulmuş qaydada gömrük nəzarətindən keçirilir və gömrük rəsmiləşdirilməsi üçün lazım olan sənədlər qanunvericiliyin tələblərinə tam cavab verdikdən sonra respublikamıza idxal olunur. Əgər  məhsulun keyfiyyətinə dair şübhə yaranarsa Mərkəzi Gömrük Ekspertizası İdarəsində həmin məhsul dərhal yoxlanılır.

“Onu da qeyd edək ki, məsələ ilə bağlı DGK Aksiz Baş Gömrük İdarəsi Kliniki Tibbi Mərkəzə rəsmi məktubla müraciət etmiş və sorğuya cavab olaraq Mərkəzdən bildirilmişdir ki, Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə 2016-ci il ərzində spirtli içki ilə qəbul olunan xəstələrdə ölüm hadisəsi qeydə alınmayıb”- deyə, Komitədən bildiriblər.

1news.az

 

Paylaş:
621

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər