Şahin Mustafayev: Azərbaycan və İran arasında ticarət dövriyyəsi ötən illə müqayisədə 60% artıb
Azərbaycan və İran arasında ticarət dövriyyəsi ötən illə müqayisədə 60 faiz artıb.
Bu sözləri iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 11-ci iclasında deyib.
O bildirib ki, iki ölkə arasında ticarət əlaqələri sürətlə inkişaf edir. Ölkədə 450-yə yaxın İran kapitallı şirkət fəaliyyət göstərir.
Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin həmsədrliyi ilə keçirilən iclasda iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilir.
AZƏRTAC
674