Sabahdan Bakı Dəmir Yolu Vağzalının yanındakı meydan və yol təmirə bağlanacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Sabahdan Bakı Dəmir Yolu Vağzalının yanındakı meydan və yol təmirə bağlanacaq

22:03 - 23 / 01 / 2017
Sabahdan Bakı Dəmir Yolu Vağzalının yanındakı meydan və yol təmirə bağlanacaq

Sabahdan etibarən Bakı Dəmir Yolu Vağzalının yanındakı meydan və yol bir neçə gün təmirə bağlanacaq.

1news.az-a “Azəravtoyol” ASC-dən verilən məlumata görə, buna səbəb ərazidə asfalt-beton örtüyünün yenilənməsi ilə bağlı aparılacaq işlərdir.  

Təmir işləri Azadlıq prospektindən (C. Cabbarlının heykəli) Dilarə Əliyeva küçəsi ilə kəsişməyədək olan ərazini əhatə edəcək. Sözügedən ərazidə hərəkətin məhdudlaşdırılması bir neçə günlük tətbiq edilir.

1news.az

Paylaş:
1098

Son xəbərlər

Bütün xəbərlər