“Şamaxinka”da yol genişləndirilir - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Şamaxinka”da yol genişləndirilir - FOTO

15:54 - 25 / 01 / 2017
“Şamaxinka”da yol genişləndirilir - FOTO

Bakı şəhərində avtonəqliyyat vasitələrinin sıxlığını azaltmaq məqsədilə “Azəravtoyol” ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində Moskva prospektinin köməkçi yolunda, Bakı-Sumqayıt yolundan “Şamaxinka” deyilən əraziyə girişdə avtonəqliyyat vasitələrinin hərəkətində müəyyən dəyişikliklər edilir, yolun genişləndirilməsi işləri görülür.

1news.az xəbər verir ki, bu barədə “Azəravtoyol”dan məlumat verilib.

Avtomobil sıxlığının, o cümlədən hər iki istiqamətdən daxil olan avtonəqliyyat vasitələrinin hərəkətinə mane olmasının qarşısını almaq məqsədilə prospektin köməkçi yolundakı sağ kənar zolaq sırf “Bakı Dairəvi-1” yolundan gələn avtomobillər üçün ayrılıb. Sağ kənar zolağı digər iki zolaqdan ayırmaq üçün yola dəmir-beton maneələr düzülüb.

Maneələr tunelin üzərində yerləşən birinci geri dönməyə qədər düzülüb. Bununla da, dairəvi yoldan gələn avtonəqliyyat vasitələri məcburi şəkildə ancaq tunelin üzərindəki ikinci geridönmə hissədən istifadə edərək, geriyə hərəkət edə biləcəklər. Eyni zamanda, düzünə, “20 Yanvar” dairəsinə doğru da maneəsiz şəkildə hərəkət təmin olunacaq. Nəticədə Sumqayıt şəhəri istiqamətindən gələn avtonəqliyyat vasitələri ilə dairəvi yoldan çıxan avtomobillərin həmin ərazidə kəsişməsi aradan qaldırılaraq “tıxac” müəyyən qədər azaldılmış olacaq.

“Şamaxinka” ərazisində edilən daha bir dəyişiklik yolun genişləndirilməsi ilə bağlıdır. Belə ki, yol sağa doğru 3-4 metr enində genişləndirilib. Genişləndirilmə 550 metrlik ərazini əhatə edir və görülən işlər nəticəsində yolda əlavə daha 1 hərəkət zolağı yaranıb. Bu da öz növbəsində sözügedən ərazidə sıxlığın qarşısını almaq üçün müsbət addım hesab olunur.

Genişləndirmə işləri ilkin mərhələdə Moskva prospektinin “Bakı Dairəvi-1” avtomobil yolu ilə kəsişməsindən ikinci geri dönmə hissəsinədək (tunelin sonunadək) aparılır. Sözügedən işlər çərçivəsində 2-ci Alatava küçəsi ilə kəsişmədə yerləşən avtobus dayanacağının da yeri 4-5 metr genişləndirilərək xüsusi cibli hissə yaradılır. Bununla da, avtobuslar ümumi hərəkətə maneə yaratmadan dayanacağa girib-çıxa biləcəklər. Bu da öz növbəsində həmin ərazidə sıxlığın azalmasına gətirib çıxaracaq.

Ərazidə tıxacların aradan qaldırılması üçün ediləcək daha bir yenilik yaxın zamanlarda yerüstü piyada keçidinin tikintisidir. Piyada keçidinin tikintisi ilə həm avtonəqliyyat vasitələrinin normal və maneəsiz hərəkəti, həm də vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsi mümkün olacaq.

Qeyd olunub ki, işlərin yaxın günlərdə və hərəkətə maksimum dərəcədə maneə yaratmadan aparılaraq yekunlaşdırılması planlaşdırılır.

1news.az

Paylaş:
730

Son xəbərlər

Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36
Bütün xəbərlər