20 səhmdar cəmiyyətinin səhmləri, 23 nəqliyyat vasitəsi və 38 kiçik dövlət müəssisə və obyekti hərraca çıxarılır | 1news.az | Xəbərlər
İqtisadiyyat

20 səhmdar cəmiyyətinin səhmləri, 23 nəqliyyat vasitəsi və 38 kiçik dövlət müəssisə və obyekti hərraca çıxarılır

22:23 - 25 / 01 / 2017
20 səhmdar cəmiyyətinin səhmləri, 23 nəqliyyat vasitəsi və 38 kiçik dövlət müəssisə və obyekti hərraca çıxarılır

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 31 yanvar 2017-ci il tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə hərrac keçiriləcək.

Komitədən 1news.az-a verilən məlumata görə, hərraca 20 səhmdar cəmiyyətinin səhmləri, 23 nəqliyyat vasitəsi və 38 kiçik dövlət müəssisə və obyekti çıxarılıb. Hərrac paytaxt (Komitənin İnformasiya Texnologiyaları Mərkəzi, H.Əliyev pr. 139A) və regionlardakı hərrac mərkəzlərində baş tutacaq.

Açıq və şəffaf keçirilən hərraca istənilən şəxs izləyici və ya sifariş verərək iştirakçı qismində qatıla bilər. Eyni zamanda, canlı bağlantı ilə regionlarda keçirilən hərraclar da monitorlarda izlənilir.

Qeyd edək ki, hərrac elanları komitənin bütün informasiya resurslarında və KİV-də açıqlanır. Hərracdan 1 ay əvvəl özəlləşməyə çıxarılan əmlaklar barədə komitənin “privatization.az” portalında ətraflı məlumatlar verilir. Məsələn, portalda hərraca çıxarılan kiçik dövlət müəssisəsinin adı, ünvanı, tikili və torpaq sahəsi, işçilərin sayı, ilkin satış qiyməti və 10% beh məbləği, fotosu və yerləşdiyi yeri göstərən xəritəsi əks olunur. Səmdar cəmiyyətinin adı, təsis tarixi, ünvanı, nizamnamə kapitalının həcmi, bir səhmin nominal qiyməti, satışa çıxarılan səhm sayı, ilkin satış qiyməti və 10% beh məbləği, eləcə də fotolar və xəritə göstərilir. Eləcə də, nəqliyyat vasitəsinin balanssaxlayıcısı, markası, buraxılış ili, yürüş məsafəsi, start qiyməti və fotoları ilə tanış olmaq mümkündür.

Paytaxtın Suraxanı rayonunda yerləşən 47 saylı mağaza 200 min manata, Sumqayıtda yerləşən 3 saylı avtomobillərə qazdoldurma stansiyası 280 min manata, Şirvan şəhərindəki Yardımçı təsərrüfat isə 315 min manata təklif olunur. Özəlləşməyə çıxarılan paytaxtdakı qeyri-yaşayış sahələri Səbail, Nəsimi, Yasamal, Binəqədi, Nizami, Nərimanov və Xətai rayonlarında yerləşir. Binəqədi rayonundakı qeyri-yaşayış obyektinə 468 min 400 manat, Səbail rayonundakı obyektə isə 460 min manat ilkin satış qiyməti təyin olunub. Paytaxtdakı əmlakların sahəsi əsasən 15-300 kv.m. arasında dəyişir.

Özəlləşməyə çıxarılan səhmdar cəmiyyətləri təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Müxtəlif şəhər və rayonlarda yerləşən belə iri müəssisələr sırasında paytaxtda yerləşən “Sabunçu Ticarət Təchizat”, “Xətai Ticarət-108” ilə yanaşı, regionlarda yerləşən “Ağcabədi Aqrotexservis”, “Mingəçevir Qum Çınqıl”, “Tovuz Məişət”, “Ucar İnşaat Xidmət”, “Xırdalan yük nəqliyyat” kimi səhmdar cəmiyyətlər var.

Sifarişi komitənin özəlləşdirmə portalı üzərindən verilir. Qeyd edilməlidir ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək qəbul edilir. Elektron sifariş verildikdən sonra əmlakın ilkin satış qiymətinin 10% məbləğində behi elektron qaydada ödənilir. Bu prosedurdan sonra vətəndaş hərracda iştirak etmək statusu qazanır. Hərracda qalib olmayan şəxsin ödədiyi beh 10 gün ərzində geri qaytarılır. Hərrac prosedurları barədə ətraflı məlumatı komitənin (012) 566 07 44 nömrəli çağrı mərkəzindən almaq olar.

Hərraca çıxarılan əmlaklara aşağıdakı linkdə baxmaq olar:

http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1205

1news.az

 

Paylaş:
550

Son xəbərlər

DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30
Bütün xəbərlər