Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

20:35 - 26 / 01 / 2017
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

1news.az-ın Konstitusiya Məhkəməsinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Ə.Zamanovun məhkəmə aktlarından verdiyi şikayətinə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Şikayətə mahiyyəti üzrə, Konstitusiya Məhkəməsi Plenumunun fevralın 16-na təyin edilmiş iclasında baxılacaq.

1news.az

Paylaş:
400

Son xəbərlər

Bütün xəbərlər