Dünya birjalarında neft bahalaşır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dünya birjalarında neft bahalaşır

09:15 - 26 / 01 / 2017
Dünya birjalarında neft bahalaşır

London və Nyu-York birjalarında aparılan hərracların nəticəsi göstərir ki, dünya birjalarında neftin qiyməti artmaqdadır.

1news.az Bloomberg-ə istinadla xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0.84% artaraq 55.54 dollar olub.         

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0.80% artaraq 53.17 dollar təşkil edib.

1news.az

Paylaş:
1029

Son xəbərlər

Bütün xəbərlər