“Şəffaflıq Azərbaycan” təşkilatı: Xarici donorlar tərəfindən qrant verilməsi ilə bağlı dəyişikliklər müsbət xarakter daşıyır | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Şəffaflıq Azərbaycan” təşkilatı: Xarici donorlar tərəfindən qrant verilməsi ilə bağlı dəyişikliklər müsbət xarakter daşıyır

13:18 - 27 / 01 / 2017
“Şəffaflıq Azərbaycan” təşkilatı: Xarici donorlar tərəfindən qrant verilməsi ilə bağlı dəyişikliklər müsbət xarakter daşıyır

Nazirlər Kabinetinin 24 yanvar, 2017-ci il tarixli qərarı ilə “Xarici donorlar tərəfindən AR-nın ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”na dəyişiklik edib.

1news.az xəbər verir ki, “Şəffaflıq Azərbaycan” təşkilatı dəyişikliyin QHT problemlərinin həlli istiqamətində mühüm addım olduğunu və xarici donorlar tərəfindən ölkə ərazisində qrant vermək hüququnun əldə edilməsi prosedurunu asanlaşdıracağını hesab edir.

Qaydaya edilmiş ən mühüm dəyişikliklər aşağıdakılardır:

- Xarici donordan başqa indi həm də resipiyent (yəni, donorla qrant müqaviləsini bağlamış QHT) qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyi (bundan sonra “rəy”) əldə etmək üçün müraciət edə bilər. Rəyin əldə edilməsi xarici donor tərəfindən Azərbaycan ərazisində verilmiş qrantın qeydiyyatdan keçirilməsi üçün ilkin şərtdir.

- Artıq resipiyent həm rəyin əldə edilməsi üçün, həm də qrantın qeydiyyatdan keçirilməsi üçün Ədliyyə Nazirliyinə eyni vaxtda müraciət edə biləcək. Əvvəllər qanunvericiliyin tələbinə görə donor rəyi əldə etmək üçün Maliyyə Nazirliyinə, resipiyent isə qrantı qeydiyyatdan keçirmək üçün Ədliyyə Nazirliyinə ayrıca müraciət etməli idilər.

- Rəyin əldə edilməsi üçün ərizəyə əlavə olunan xarici dildə tərtib olunan sənədlərin tərcüməsinin notarial qaydada təsdiq edilməsi barədə tələb ləğv olunub.

- Qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin verilməsi üçün müəyyən olunmuş müddət 15 gündən 7 günədək azaldılıb. Müvafiq olaraq, sənədlərin əlavə araşdırılması zərurəti yarandıqda müddət 15 günədək uzadıla bilərdisə, indi bu müddət 7 günə endirilib.

“Şəffaflıq Azərbaycan” təşkilatından bildiriblər ki, bu dəyişikliklər müsbət xarakter daşıyır və xarici donorların qrant vermək hüququnu əldə edə bilməsi ilə bağlı bürokratik yükü azaldır. Bununla belə, xarici qrantların verilməsi ilə bağlı qanunvericilik, o cümlədən qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin qrant verməsi üçün saziş bağlaması ilə əlaqədar proseduralar daha da sadələşdirilməlidir.

“Biz ümidvarıq ki, vətəndaş cəmiyyəti ilə aparılan müzakirələr bu sahədə qanunvericiliyinin daha da təkmilləşdirilməsinə töhfə verəcək”- deyə, təşkilatdan bildiriblər.

1news.az

 

Paylaş:
571

Son xəbərlər

Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36
Bütün xəbərlər