Neft yenidən ucuzlaşmağa başladı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Neft yenidən ucuzlaşmağa başladı

10:54 - 27 / 01 / 2017
Neft yenidən ucuzlaşmağa başladı

Dünya birjalarında neftin qiyməti yenidən aşağı düşməyə başlayıb.

1news.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,02 faiz azalaraq 53,77 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,18 faiz azalaraq 56,14 dollar olub.

Gazeta.ru

 

Paylaş:
613

Son xəbərlər

Bütün xəbərlər