Bu ərəb ölkəsində Azərbaycana gələn turistlərin sayı 33 dəfə artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bu ərəb ölkəsində Azərbaycana gələn turistlərin sayı 33 dəfə artıb

13:33 - 30 / 01 / 2017
Bu ərəb ölkəsində Azərbaycana gələn turistlərin sayı 33 dəfə artıb

“ASAN Viza” portalının fəaliyyətə başlaması və viza prosedurunun sadələşdirilməsi nəticəsində 2016-cı ildə ölkəmizə gələn xarici qonaqların sayı 11 faizdən çox artıb.

1news.az-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, ötən il xüsusilə ərəb ölkələrindən gələn turist sayında kəskin artımla yadda qalıb, bu ölkələrdən turist axını bir öncəki ilə nisbətən 8 dəfə, ayrıca Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayı 33 dəfə artıb.

2016-cı ildə 12 ölkənin (Körfəz ölkələri, Çin, Cənubi Koreya, Yaponiya, Sinqapur, Malayziya, İndoneziya və s.) vətəndaşlarına hava limanlarında viza verilməsi təmin edilib.

1news.az

Paylaş:
636

Son xəbərlər

Bütün xəbərlər