Bakı-Naxçıvan-Bakı aviareyslərinin sayı azaldılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakı-Naxçıvan-Bakı aviareyslərinin sayı azaldılıb

12:24 - 03 / 02 / 2017
Bakı-Naxçıvan-Bakı aviareyslərinin sayı azaldılıb

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu ilə hər gün həyata keçirdiyi aviareyslərin sayı fevral ayından 6-dan 4-ə qədər azaldılıb.

AZAL-ın mətbuat katibi Paşa Kəsəmənskinin AZƏRTAC-a verdiyi məlumata görə, buna səbəb tələbatın az olmasıdır.

“Sərnişinlərin sayı artarsa, tələbat yaranarsa, uçuşların sayı yenidən artırılacaq”, - deyə AZAL rəsmisi bildirib.

Paylaş:
731

Son xəbərlər

Bütün xəbərlər