“Facebook” 13 yaşını qeyd edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Facebook” 13 yaşını qeyd edir

13:16 - 04 / 02 / 2017
“Facebook” 13 yaşını qeyd edir

2004-cü il fevralın 4-də istifadəyə verilən dünyanın ən böyük “Facebook” sosial şəbəkəsi bu gün 13 yaşını qeyd edir.

1news.az ICTnews-a istinadən xəbər verir ki, ingilis dilindən hərfi tərcüməsi “Şəxslər kataloqu” olan “Facebook” şəbəkəsini amerikalı proqramçı Mark Sukerberq tələbəlik illərində yaradıb.

Gələcək populyar sosial şəbəkənin layihəsi uzun müddət formalaşıb. Məhsulun adı isə “Phillips Exeter” akademiyasının divarlarında asılan bütün işçi heyətinin və şagirdlərin siyahısının adlarından götürülüb. Sonradan Harvard Universitetində oxşar layihəni həyata keçirmək qərarına gələn M.Sukerberq təhsil müəssisəsinin rəhbərliyinin etirazı ilə qarşılaşıb. Lakin heç bir çətinlik onu fikrindən daşınmağa məcbur edə bilməyib. O, artıq bir neçə müddət sonra universitetin məlumat bazasını sındırıb, eləcə də “Facemash” portalını yaradıb. Saytda tələbələrin fotoşəkilləri yerləşdirilib, eləcə də istifadəçilərə ən uğurlu fotonu seçmək təklif olunub.

Portal qısa vaxt ərzində populyarlıq qazanıb. Lakin məlumat bazasının sındırılması ilə bağlı hadisə böyük səs-küy yaradıb və nəticədə M.Sukerberq bir müddət kənara çəkilmək məcburiyyətində qalıb. Buna baxmayaraq 4 fevral 2004-cü ildə gənc proqramçının yaşadığı məşhur Harvard Universitetinin yataqxanasında yeni və o zaman məşhur olmayan - “Facebook” sosial şəbəkəsi istifadəyə verilib. M.Sukerberqə şəbəkənin yaradılmasında dostları Eduardo Saverin, Kris Hyuz və Dastin Moskovis yardımçı olub.

Beləliklə, tezliklə ilk akkauntlar yaranıb və resurs Harvard tələbələrinin müasir aparıcı ünsiyyət sisteminə çevrilib. Potensial istifadəçilər arasında böyük populyarlıq qazanan şəbəkə əvvəlcə ABŞ-da, daha sonra bütün dünyada yayılmağa başlayıb.

1news.az

Paylaş:
635

Son xəbərlər

Əməkdar jurnalist vəfat etdiBu gün, 17:51Nasaz yük avtomobilinin yolda qalması bir neçə istiqamətdə avtomobil sıxlığının yaranmasına səbəb olubBu gün, 17:48Bakı Hərbi Kolleci, Gəncə Hərbi Kolleci və Naxçıvan Hərbi Kolleci yaradılıbBu gün, 17:38Bakı və Abşeronda yağış yağacaq, külək güclənəcək- Hava XƏBƏRDARLIĞIBu gün, 17:27Emoməli Rəhmonun Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 16:44COP29 vahid onlayn rezervasiya platformasını təqdim edirBu gün, 16:40NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçiribBu gün, 16:28İlham Əliyev tacikistanlı həmkarı ilə müzakirə etdiyi məsələləri açıqlayıbBu gün, 16:23Emoməli Rəhmon: Azərbaycanla təhlükəsizlik sahəsində səmərəli əməkdaşlığın səviyyəsindən məmnunuqBu gün, 16:18İlham Əliyev Emoməli Rəhmonu COP29-a dəvət edibBu gün, 16:17Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 16:12Anar Bağırov: “Gələcəkdə Türk dünyası Vəkillər kollegiyalarının təsis edilməsini arzulayırıq”Bu gün, 16:09DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “Dünyanın qayğısına qal” adlı layihə həyata keçirilibBu gün, 16:01Müəllimlər riayət etməli olduqları qaydalar müəyyənləşib - Nazirlikdən QƏRARBu gün, 15:59Ağdərə rayonunda 5 məktəb yaradılacaqBu gün, 15:55“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “PASHA Hackathon” keçiriləcəkBu gün, 15:49Bakıda 3 məktəb direktoru vəzifəsindən azad edilibBu gün, 15:18Azərbaycanla Rusiya arasında turizm əlaqələrinin genişləndirilməsi müzakirə olunubBu gün, 14:13Əhmədlə bağlı təhlükəsizlik tədbiri - Xüsusi xəstəxanaya köçürüldüBu gün, 14:09Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcəkBu gün, 14:02
Bütün xəbərlər