Keçən ay BTC kəməri ilə 2,5 milyon tona yaxın Azərbaycan nefti nəql olunub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Keçən ay BTC kəməri ilə 2,5 milyon tona yaxın Azərbaycan nefti nəql olunub

17:10 - 06 / 02 / 2017
Keçən ay BTC kəməri ilə 2,5 milyon tona yaxın Azərbaycan nefti nəql olunub

Bu ilin yanvar ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 412 min 263 ton Azərbaycan nefti nəql olunub.

1news.az-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il fevral ayının 1-ə qədər BTC-yə 323 milyon 950 min 325 ton neft vurulub.

Bundan başqa, 2017-ci ilin yanvar ayında BTC kəməri ilə 935 min 880 ton Türkmənistan nefti nəql olunub.

1news.az

 

Paylaş:
591

Son xəbərlər

Bütün xəbərlər