Yanvar ayında Ceyhan limanından 2 milyon tondan artıq neft dünya bazarlarına çıxarılıb
Cari ilin yanvar ayı ərzində 2 milyon 48 min 786 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.
1news.az-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu həcmin 1 milyon 398 min 440 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2017-ci il fevral ayının 1-ə qədər Ceyhan limanından 321 milyon 883 min 385 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
1news.az
500