Bank of Baku iş adamlarına özəl yeni İŞKART məhsulunu təqdim edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bank of Baku iş adamlarına özəl yeni İŞKART məhsulunu təqdim edir

12:50 - 06 / 02 / 2017
Bank of Baku iş adamlarına özəl yeni İŞKART məhsulunu təqdim edir

Bank sektorunun innovatoru, pərakəndə bankçılıq sahəsinin uzun illər lideri kimi mövqeyini qoruyub saxlayan Bank of Baku korporativ bankçılıq sahəsində də bazarın lideri olmağa iddialıdır.

Korporativ müştəriləri üçün məhsul və xidmət şəbəkəsini genişləndirən Bank iş adamlarına özəl yeni İŞKART – biznes kart məhsulunu təqdim edir.

İŞKART nədir və kim İŞKART-ı əldə edə bilər?

İŞKART – Bank of Baku-nun sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə təqdim etdiyi VÖEN hesabına bağlı Debet MasterCard kartıdır. Kartı sahibkarlıq fəaliyyəti ilə məşğul olan həm fiziki, həm də hüquqi şəxslər, eləcə də VÖEN hesabına malik vergi ödəyicisi olan istənilən şəxs əldə edə bilər.

İŞKART sahiblərinə hansı üstünlükləri qazandıracaq?

- Onlayn ödənişlər etmə imkanına sahib olacaq

- Gömrük və digər rüsumları POS terminalla ödəmə imkanı əldə edəcək

- Nağdsız ödənişlərdə 0.5% nağdlaşdırma komissiyasından və 1% vergidən azad olunacaq

- 24/7 ATM-dən və POS terminaldan nağdlaşdırma edə biləcək

- Güzəştli nağdlaşdırma tarifindən faydalanacaq

- AZN/USD/EUR hesablara bağlı kart alacaq

Bu və bir çox digər üstünlükləri özündə birləşdirən İŞKART – biznes kart məhsulunu korporativ müştərilər AZN/USD/EUR valyutasında 12 və ya 24 ay müddətinə əldə edə bilərlər. Bank of Baku-nun digər debet kartlarında olduğu kimi, İŞKART balansını kart sahibləri Bankın “Cash-in” ödəniş terminalı, MilliÖn və E-manat terminalları vasitəsilə cəmi 5 saniyə ərzində artırmaq imkanına malikdirlər.  

Bank of Baku-nun “Rəqəmsal Bankçılıq və Layihələrin İdarəedilməsi Departamenti”nin direktoru Anar Abbasov:

“Adından da göründüyü kimi İŞKART məhz iş adamlarının – kiçik və orta sahibkarların, VÖEN hesabı ilə fəaliyyət göstərən fiziki şəxslərin işini asanlaşdıracaq biznes kartıdır. Əminliyimizi bildirmək istərdim ki, bu kart çox qısa müddət ərzində hər bir iş adamının arzuladığı kart olmaqla bazarın liderinə çevrilə biləcək. İŞKART-ın özəllikləri, sahibinə qazandırdığı üstünlükləri və gələcəkdə tətbiqini nəzərdə tutduğumuz yenilikləri bunu deməyə bizə tam əsas verir. Hal-hazırda mövcud üstünlüklərindən sahibinə qat-qat daha böyük imkanlar qazandıracaq İŞKART-ın çoxfunksiyalı məhsul olması istiqamətində xüsusi işlər görülür. Yaxın zamanlarda, korporativ müştərilərimizi həm İŞKART, həm də digər məhsullarımızdakı yeniliklərimizlə sevindirməyi düşünürük” deyə qeyd edib.

Daha ətraflı:

145 məlumat mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku 

Paylaş:
802

Son xəbərlər

İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38
Bütün xəbərlər