Mərkəzi Bank sabah üçün manatın dollara qarşı məzənnəsini açıqlayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mərkəzi Bank sabah üçün manatın dollara qarşı məzənnəsini açıqlayıb

17:53 - 07 / 02 / 2017
Mərkəzi Bank sabah üçün manatın dollara qarşı məzənnəsini açıqlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) sabaha olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

1news.az-ın məlumatına görə, USD/AZN rəsmi məzənnəsi fevralın 8-nə bu günlə müqayisədə 2,8% möhkəmlənərək 1,8252 səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, bu gün dollar 1,8769 manata bərabər olub.

Xatırladaq ki, bu gün AMB-də Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) da iştirakı ilə hərrac keçirilib. Hərracda manatın orta çəkili məzənnəsi 1,8251 səviyyəsində formalaşıb.

1news.az

Paylaş:
619

Son xəbərlər

Bütün xəbərlər