Azərbaycanda artıq “Facebook” ən çox istifadə olunan sosial şəbəkə deyil – Lider dəyişdi
Ölkədə biznes sahiblərinin də ən çox istifadə etdiyi, reklam büdcəsini daha çox xərclədiyi sosial şəbəkə “Facebook”dur. Lakin ötən ay açıqlanan statistikadan da görünüb ki, "Instagram" son aylarda ölkədə sürətlə auditoriyasını genişləndirir. Belə ki, son 6 ayda aktiv istifadəçi sayı 2 dəfədən çox artıb.
1news.az orkhanrza.com-a istinadən xəbər verir ki, “Facebook” Reklam Panelində statistikanın bugünkü yenilənməsindən sonra gözlənən baş verdiib.
Belə ki, Azərbaycanda ən böyük sosial şəbəkə adı feysbukdan "Instagram"a keçib. Hazırda Reklam Panelinin statistikasına görə, Azərbaycanda reklam göstərilə bilən aktiv istifadəçi sayı (potential reach) “Facebook”da 1,72 milyon, "Instagram"da isə 1,76 milyon nəfərdir.
1news.az
826