Belçikada Aida Mahmudovanın “İşığı tutmaq olmur” (Cant Capture The Light) sərgisi açılıb - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Belçikada Aida Mahmudovanın “İşığı tutmaq olmur” (Cant Capture The Light) sərgisi açılıb - FOTO

16:22 - 09 / 02 / 2017
Belçikada Aida Mahmudovanın “İşığı tutmaq olmur” (Cant Capture The Light) sərgisi açılıb - FOTO

Fevralın 5-də Deweer qalereyası istedadlı Azərbaycan rəssamı Aida Mahmudovanın Belçikada ilk böyük miqyaslı fərdi sərgisini təqdim edib.

Nümayiş olunmuş yeni rəsmlər toplusu sərgini ziyarət edən həvəskar və peşəkar seyrçilər tərəfindən böyük maraqla qarşılanıb.

Ekspozisiyaya daxil olan və əsasən abstraktlaşdırılmış mənzərələrdən ibarət iyirmidən çox əsər rəssam Aida Mahmudovanın təcrübəsində yeni olan aydınlıq, konsentrasiya və dolğunluğu ifadə edir. Əsərlər əsas fikri - rəssam, kətan və çəkmək üçün istifadə olunan material arasındakı əlaqəyə yönəldir.

2015-ci ildə Bakı Müasir İncəsənət Muzeyində keçirilmiş “Elysium” adlı sərgidəki rəsmlərdən fərqli olaraq, bu əsərlərdə materiala yanaşma artıq qarşılıqlı müqavimət şəklində deyil, maraq və kəşfetmə hissi ilə ifadə olunur. Rəssam rənglərin kətan üzərində azad hərəkət etməsinə imkan verir və nəticədə yaranan kompozisiyalar orqanik və sərbəst olur.

Hər bir əsərdə xəyallarda canlandırılan mənzərələrin və kətan üzərində istifadə olunan materialların arasında sanki bir zərif oyun aşkara çıxarılır. Bütün tablolarda akril, yapışqan, gümüşü folqa, yağlı boya, kömür, sement və gips kimi çoxlu sayda müxtəlif materiallardan bacarıqla istifadə olunmuşdur.

Nəticədə, ərsəyə gələn əsərlər xüsusi zaman təəssüratı yaradır və özəl rəngkarlıq texnikası sayəsində yaradılır. Bundan başqa, bu heç də intellektual fəaliyyətin nəticəsi kimi baş vermir, bu doğru zamanında və lazımi miqdarda yeni, gözlənilməz "inqrediyentlər” əlavə edilmiş düşüncə forması kimi ortaya çıxır.

Bu üsul müəllifin həmin rəsm əsərində əks etdirdiyi özəl və emosional hissləri vurğulayaraq, işığın, rənglərin və materialın bir oyununu yaradır. Bütün bunlar kətanın emosionallıqla yüklənməsinə, intuitiv və orijinal olmasına səbəb olur.

Sərginin açılışında Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda səfiri Fuad isgəndərov iştirak edib.

Aida Mahmudova 1982-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində dünyaya gəlib. Hal-hazırda Bakıda yaşayıb-yaradır. O, 2006-cı ildə Londonda Sent-Martin İncəsənət və Dizayn Kollecinin rəngkarlıq fakültəsini bitirib. Bu gün onun əsərləri beynəlxalq səviyyədə sərgilənir. Rəssamın fərdi sərgiləri: “Umwelt” (YAY Qalereyası, Bakı, 2016), “Elysium” (MİM, Bakı, 2015) “Ötüb keçərkən...” (Leila Heller Gallery, Nyu-York, ABŞ, 2015), “Daxili sakitlik” (Barbarian Art Gallery, Sürix, İsveçrə, 2013). Aida Mahmudova həmçinin bir sıra qrup sərgilərinin də iştirakçısıdır, o cümlədən: “Vita Vitale”, 56-cı Venesiya Biennalesi, Azərbaycan pavilyonu (2015), “Konfet dağlar, neft sahillər”, PERMM Muzeyi, Perm, Rusiya (2015), “Burada... Bugün”, London (2014), “Love Me, Love Me Not”, 55-ci Venesiya Biennalesi (2013),“Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” (Vyana, Roma, Moskva, Berlin, Paris, London (2012-2013). Aida Mahmudova 2011-ci ildə əsası qoyulan YARAT Müasir İncəsənət Məkanının təsisçisi və bədii rəhbəridir. YARAT Azərbaycanda müasir incəsənətin ictimaiyyət tərəfindən dərk olunması, milli incəsənətimizin ölkə daxilində və beynəlxalq səviyyədə təbliği ilə məşğuldur.

1979-cu ildə əsası qoyulmuş Deweer qalereyası (Otegen şəhəri, Belçika) son dövrlərdə tarixinin ikinci böyük səhifəsinə başlamışdır. Bənzərsiz fərdi sərgilərdən əlavə, qalereya zəngin tarixinin vacib mərhələlərini göz önünə gətirən tematik qrup sərgiləri də nümayiş etdirir. Hazırda Deweer qalereyası tarixi motivasiyasına davam edərək durmadan yenilik və innovasiyaya can atır.

Məkan: Deweer Gallery, Otegem şəhəri, Belçika

Sərginin müddəti: 08.02 – 12.03.2017

Trend

Paylaş:
608

Son xəbərlər

İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38
Bütün xəbərlər